İdman

Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi

28 Fevral 2025 21:31
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray" klubuna qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul klubundan 1 milyon 907 min TL məbləğində mənəvi təzminat tələb edir. Bu barədə "Fənərbaxça"nın mətbuat xidməti məlumat yayıb.

Mourinyo Super Liqanın 25-ci turunda "Qalatasaray"la oyundan (0:0) sonra rəqib texniki heyətinə qarşı "meymun kimi tullanırdılar" ifadəsini işlədib. "Qalatasaray" bu ifadəni irqçi xarakter daşıdığı üçün məhkəməyə verib.

Portuqaliyalı mütəxəssis isə sözlərinin irqçilik olmadığını, əksinə, bu ittihamın onun nüfuzuna zərər vurduğunu bildirib. Buna görə də məhkəməyə müraciət edərək təzminat tələb edib. Mourinyonun tələb etdiyi məbləğ simvolik xarakter daşıyır - 1 milyon 907 min TL məhz "Fənərbaxça" klubunun 1907-ci ildə yaranmasına işarə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.