İdman

“Bu VAR-ı rədd etmək lazımdır” - Samir Abasov

28 Fevral 2025 23:53
Baxış: 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyunundan sonra maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

"Hakimliklə bağlı bizim oyunlarda baş verənlər artıq məni narahat edir. Düzdür, hakimlərin də işi çətindir. Lakin hər bir epizod kitabda yazıldığı qədər də olmur. Oyunu dərindən analiz edib, dərk etmək lazımdır. Qırmızı vərəqə ilə razılaşmadım. Mənim fikrimcə, orada "qırmızı"lıq bir nüans yoxdur və mən buna etiraz edirəm. Hakimlərin kitabla deyil, düşdüyü situasiyaya uyğun qərar verməyini istəyirəm. Mənim fikrimcə, bu VAR-ı rədd etmək lazımdır. Burada sarı vərəqə ilə bağlı söhbət bağlanmalıdır. Burada məntiqlə düşünmək lazım idi. "Qırmızı" artıq idi. Düşünürəm ki, bunu nəzərə alarlar və bizim apelyasiyaya müraciət etməyimizə ehtiyac qalmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.