İqtisadiyyat

“Dərnəgül” yoluna alternativ çəkiləcək yeni yol nə vaxt hazır olacaq? - VİDEO

1 Mart 2025 00:20
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu qəsəbəsindən Sulutəpə qəsəbəsinə birbaşa yol çəkiləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu, 2025-2030-cu illəri əhatə edən layihədə öz əksini tapıb. Yeni yolun hansı ərazidən keçəcəyi və Bakının hansı əsas prospektinin alternativi olacağı da təxminən bəllidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, faktiki olaraq Ziya Bünyadov prospekti bakı şəhərində şərq-qərb nəqliyyat axınını təmin edir. Bu səbəbdən həmin prospektdə istənilən vaxt nəqliyyat sıxlığı müşahidə edilə bilər. Belə böyük prospektə alternativin çəkilməsi olduqca zəruri addımdır.

Ekspertin fikirincə, yeni yolun çəkilməsi çox yüksək effekt verə bilər. Bununla Ziya Bünyadov prospekti ilə yanaşı, mərkəzi yollarda da sıxlıq azalacaq. 

Ərşad Hüseynov onu da təklif edir ki, həmin yol istifadəyə verilən zaman yeni marşurut xətləri də fəaliyyət göstərməli, mikromobil vasitələr üçün şərait yaradılmalıdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.