İdman

Türkiyəli gənc ulduza "Çelsi"dən 80 milyonluq TƏKLİF - FOTO

28 Fevral 2025 19:40
Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Çelsi" klubu "Yuventus"da forma geyinən Kenan Yıldız üçün 80 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "zadəganlar" Kenan Yıldıza görə daha öncə 60 milyon avro təklif etsələr də, "Yuventus" tərəfi bu rəqəmlə razılaşmadığı üçün keçidə icazə verməyib.

"Yuventus"la 2029-cu ilədək müqavilə imzalayan Kenan Yıldızı transfer etmək istəyən "Çelsi" futbolçu üçün daha artıq məbləğ təklif etməyəcəyini bildirib.

Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm "Yuventus" forması ilə çıxdığı 39 oyunda altı qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.