Dünya

ABŞ ilə Ukrayna razılığa gələ bilmədi- prezidentlərin birgə mətbuat konfransı ləğv edildi

28 Fevral 2025 22:49
Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtsız tərk edib.

Milli.Az xəbər verir ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.

Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyib.

"Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Donald Tramp artıq cümə günü birgə mətbuat konfrası keçirməyəcəklər", - Ağ Ev rəsmisi bildirib.

Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.