Azərbaycan yığmasının üzvü Renat Dadaşov bu gün Polşanın "Radomyak" klubunda debüt edib.
Milli.Az xəbər verir ki, 25 yaşlı hücumçu Polşa çempionatının 23-cü turu çərçivəsində "Vidzev"ə qarşı matçın 80-ci dəqiqəsində Roberto Alvesi əvəzləyib.
Həmvətənimizin debütü uğurlu alınıb. O, 90-cı dəqiqədə fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib.
"Radomyak"ın digər azərbaycanlı futbolçusu Rahil Məmmədovun adı oyunun protokoluna düşməyib.
Xatırladaq ki, Renat Dadaşov ötən həftə "Radomyak"a Türkiyənin "Ankaragücü" klubundan transfer olunub. O, yeni komandasında 17 nömrəli formanı daşıyır.
Hazırda "Radomyak" Polşa çempionatında 13-cü pillədə qərarlaşıb.
Ekstraklasa, XXIII tur
"Radomyak" - "Vidzev" 1:1
Renat Dadaşov, 90 - Yulian Şehu, 14 (Offsideplus.az)
Milli.Az