Rusiya

Rusiyada pansionatda 30 nəfər zəhərlənib, ölən var

20 Dekabr 2025 00:24
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətinin Leninski dairəsində yerləşən pansionatda 30 nəfər zəhərlənib.

Milli.Az xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 27 nəfər isə xəstəxanaya yerləşdirilib.

Nazirliyin Telegram kanalında dərc olunan açıqlamada deyilir ki, xəstəxanalara yerləşdirilən şəxslərin vəziyyəti orta ağır və ağır qiymətləndirilir.

Qeyd olunub ki, zərərçəkənlərə zəruri tibbi yardım göstərilir. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.