Ağakərim kimidr? - Avazı ilə hamını məğlub edən meyxanaçı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi meyxanaçı Kərim bu gün vəfat edib.
Milli.Az lent.az-a istinadən məşhur meyxanaçı haqqında maraqlı faktları təqdim edir.
- Kərim harada və nə zaman anadan olub?
Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub.
- Kərim ali təhsil alıb?
Xeyr. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyat fənninə maraq olub. Kərim bədii ədəbiyyatı sevdiyini bildirib, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyirdi. "Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?"- o verdiyi bir müsahibədə demişdi.
- Kərimin meyxanaya meyli necə yaranıb?
Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.
-Kərim meyxanada kimi ustad hesab edir?
Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.
- Kərimi digər meyxanaçılardan fərqləndirən cəhət nədir?
Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Kərimi meyxanada həmkarlarından xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir. Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.
- Kərimin ən məşhur meyxanaları hansıdır?
"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin", "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.
- Kərimin meyxanadan başqa sənəti var?
Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər yetişdirib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: "Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq".
- Kərimin tələbələri olub?
Adlarını çəkməsə də, 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: "Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım".
Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: "Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmet. Hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun".
- Kərimi nə üçün həmkarının ölümündə günahlandırırlar?
Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.
- Kərim mərsiyə deyib?
Bəli. Özü deyirmiş ki, məni ağladan qəzəllərlə Segah üstündə mərsiyə demişəm. Kərimin avazı mərsiyəyə çox yatqın olduğu üçün Məhərrəm aylarında bu sahədə öz bacarığını göstərib.
- Kərimin oğlu Kamil onun yolunu davam etdirib?
Xeyr. O, övladının meyxanaçı olmasını istəməyib. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını arzu edib.
- Kərim nə üçün xəstələnib?
Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edib. Həmin həyəcan Kərimi səhhətinə təsirsiz ötüşməyib. Diabet və təzyiq xəstəsi olan söz adamı 53 yaşında, 2017-ci ildə insult keçirib. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürüb. Lakin həkimlər onun sağalmayacağını bildiriblər. Söz adamı, meyxananın nalə çəkən bülbülü o gündən ömürlük susub, danışa bilməyib.
İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb.
- Kərim nə vaxt vəfat etdi?
- Meyxanaçı Kərim 2025-ci il dekabrın 19-da vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





