Hadisə

Direktoru divara itələyən müəllimlə bağlı rəsmi açıqlama - VİDEO

19 Dekabr 2025 23:40
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır", - deyə məlumatda qeyd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.