Şou-biznes

Xalq artisti boşandığı xanımının oğlu ilə - FOTO

28 Fevral 2025 20:34
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bir araya gəlib.

Milli.Az bildirir ki, sənətçi onunla birgə Romada gəzinti zamanı çəkilən fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Eyzavov həmin şəkillərə "Mənim balaca böyük oğlum" şərhini yazıb.

Yusif və Anna bir neçə gün əvvəl Romanın məşhur opera səhnələrinin birində birlikdə çıxış ediblər.

Qeyd edək ki, Anna və Yusif ötən ilin iyununda rəsmən boşandığını açıqlayıb. Cütlük 10 il ailəli olsa da övladı olmayıb. Annanın ilk evliliyindən isə Tiyaqo adlı bir oğlu var. Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. /Olay.az

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.