"ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Volodimir Zelenskinin 2022-ci ildə Ukraynanın tək qalması ilə bağlı sözlərindən sonra güclü təmkin nümayiş etdirdilər".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Düşünürəm ki, Zelenskinin bütün yalanları içində ən böyük yalanı Ağ Evdə Kiyev rejiminin 2022-ci ildə tək qaldığı və dəstək almadığı ilə bağlı etdiyi bəyanatdır. Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar - bu, güclü təmkinlilik göstəricisidir", - diplomat "Telegram" kanalında yazıb.
Milli.Az