Kişilərdə saç 30-35, qadınlarda isə bir az daha gec - 40-45 yaşlarında bəyazlaşmağa başlayır. Yaş artdıqca, ağaran saçların sayı da artır. Bu səbəbdən ağ saçlar çox zaman qocalığı təmsil edir. Lakin gənc insanlarda da ağ saçlara rast gəlirik. Bu da olduqca yayğın hadisələrdəndir.
Milli.Az xəbər verir ki, ağaran saçlarını kompleks edən də var, etməyən də. Məsələyə dövr olaraq yanaşsaq, 20-ci əsrdə bəyaz saçlar tez-tez rənglənsə də, 21-ci əsrdə boz saçların dəbə gəldiyinin şahidiyik. Kişilər çox vaxt ümumiyyətlə, saçlarını rəngləmirlər, bəzi qadınlar isə öz istəkləri ilə boz saçlara üstünlük verirlər. Məsələn, 2015-ci ildə "İnstaqramda "grannyhair" fləşmobu başladı. Bu zaman bir çox xanımlar saçlarını gümüşü rəngə boyadılar. Bu gün də gümüşü saça üstünlük verənlər az deyil. Ancaq yenə də saçlarının ağarmasından narahat olanlar var.
Son tədqiqatlar siçanlar üzərində aparılan təcrübələr nəticəsində müəyyən edib ki, luteolin adlı maddə saçların ağarmasını ləngitməkdə faydalıdır.
Luteolin, kərəviz, yaşıl bibər, brokoli, kök və zeytun yağında olan təbii bir antioksidantdır. Diyetoloq Tobi Amidora görə, bu maddə yalnız iltihablanmanın qarşısını almaqla qalmır, həm də dərinin yaşlanmasını ləngidir və göz xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.