İdman

Ronaldo matçda etdiyi hərəkətlə gündəm oldu - VİDEO

26 Fevral 2025 19:50
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo, Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda "Əl-Vahda" ilə matçda etdiyi jestlə diqqət çəkib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, oyunun 99-cu dəqiqəsində penalti qazanan Ronaldo, onu özü vurmaq əvəzinə, komanda yoldaşı Sadio Maneyə buraxıb.

Karyerasında qol rekordunu davam etdirməsinə baxmayaraq, ulduz futbolçu son 9 oyunda qol vura bilməyən Maneyə dəstək verməyi üstün tutub.

Ronaldo-nun bu nəcib hərəkəti futbolsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Qeyd edək ki, qarşılaşmanın 48-ci dəqiqəsində Ronaldo "Əl-Nəsr"in ilk, karyerasının isə 925-ci qolunu vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.