İdman

Milli Gimnastika Arenasında batut gimnastikası, tamblinq üzrə ölkə çempionatı və Bakı birinciliyi davam edir - FOTO

15 Fevral 2025 13:10
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 9-cu, Tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi davam edir.

Trend xəbər verir ki, 14 və 15 fevral tarixlərində keçirilən arışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Batut üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Tamblinq üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.