İdman

Hakim futbolçunu nokaut etdi - FOTO

11 Fevral 2025 00:15
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya çempionatının 23-cü turunun "Real Sosyedad" - "Espanyol" oyununun sonunda gülməli hadisə baş verib.

Milli.Az-ın xəbərinə görə, baş hakim Xavyer Alberola Roxas uyğun olmayan zamanda səhv yerdə olub və rəqiblə mübarizə apararkən "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin başına dirsək vurub. 

Subimendi başını tutaraq meydançada yıxılıb, lakin yenə də oyuna davam edə bilib. Roxas komandadan üzr istəyib və topu onlara verib.

Qarşılaşma "Real  Sosyedad"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.