İdman

“Mançester Yunayted” hakimin şübhəli qərarı ilə qalib gəldi

8 Fevral 2025 09:04
Baxış: 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 1/16 finalında "Mançester Yunayted" "Lester"i qəbul edib.

Milli.Az xəbər verir ki, baş hakim Maykl Solsberinin idarə etdiyi matç "Old Trafford"da baş tutub.

Oyunda hesabı "tülkülər" açıb: 42-ci dəqiqədə De Kordova-Rid qapıçı Onananı məyus edib. "Qırmızı şeytanlar"ın cavabı isə ikinci hissədə gəlib: 68-ci dəqiqədə Zirkze status-kvonu bərpa edib. Oyunda son nöqtə isə əsas vaxt əlavə edilmiş 3-cü dəqiqədə vurulub: Brunu Alveşin ötürməsindən sonra Harri Maquayr topu tora göndərib. Videotəkrarda ingiltərəli futbolçunun ofsaydda olduğu ortaya çıxsa da, turnirin bu mərhələsində VAR mövcud olmadığına görə qol ləğv edilməyib.

Beləliklə, Ruben Amorimin yetirmələri İngiltərə Kubokunun 1/8 finalına vəsiqə qazanıblar. /"Report" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.