"Qalatasaray" klubu "Eyüpspor"da çıxış edən 24 yaşlı hücumçu Əhməd Kutucunu transfer edəcək.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, klub hücumçu üçün danışıqlarda son mərhələyə çatıb. Klublar arasında bonuslarla birlikdə 6 milyon avro məbləğində razılıq əldə edilib.
Qeyd edək ki, Əhməd Kutucu bu mövsüm Super Liqada 18 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fidan
Milli.Az