İdman

Bu futbolçu "Real Madrid"ə keçmək üçün 2 dəfə az maaş almağa razıdır

29 Dekabr 2025 23:20
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş hazırda çıxış etdiyi "Əl Hilal" klubundakı maaşını təxminən üçdə iki azaltmağa razıdır ki, bu qış transfer pəncərəsində "Real Madrid"ə keçə bilsin.

Milli.Az xəbər verir ki, lakin bu qərar futbolçunun agenti Xorxe Mendeşi çaşdırıb. Analitiklər bildirirlər ki, "Real Madrid" Neveşi hətta maaşında endirim etsə belə, komandaya cəlb etmək istəməyə bilər.

Beləliklə, portuqaliyalı futbolçunun qışda İspaniya klubuna keçməsi qeyri-müəyyən görünür və transferin baş tutub-tutmayacağı hələ də sual altındadır. (Offsideplus.az)

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.