İqtisadiyyat

Ev almaq istəyənlərə şad xəbər

29 Dekabr 2025 09:40
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər.

Milli.Az  xəbər verir ki, mütəxəssislər enmənin xüsusilə bahalı mənzillərin qiymətində daha qabarıq hiss ediləcəyini bildirirlər.

Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir.

Əmlak bazarında əsas dəyişiklik daha çox beşmərtəbəli binalardakı, eləcə də birotaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar.

Əhalinin əsas tələbatı aşağı və ortaqiymətli mənzillərə yönəldiyindən bu seqmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər. ( ATV )

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.