Maye sabun şüşələrinin göz qırpımında boşaldığını hiss etmisinizmi? Pul sözün əsl mənasında sabun köpüyü ilə birlikdə əllərinizin arasından axıb gedir. Əslində, effektiv təmizlik üçün alışdığımız miqdarın üçdə biri, hətta dörddə biri belə kifayətdir.
Milli.Az xəbər verir ki, bu üsul olduqca sadədir: Nə vaxtsa sabun şüşəsinin dibində az miqdar qaldıqda, üzərinə 1:1 və ya 1:2 nisbətində ilıq su əlavə edin və yaxşıca çalxalayın.
Sabun əsası təmizləmə xüsusiyyətlərini itirmədən su ilə mükəmməl qarışır. Durulaşdırılmış sabun bəzən qatı halından daha yaxşı köpüklənir. Bir şüşə sabun bir həftə deyil, bir ay və ya daha çox müddətə kifayət edir.
Bəzi insanlar daha da irəli gedərək dispenserin boynuna rezin halqa keçirirlər. Bu, başlıq basıldıqda onun hərəkətini məhdudlaşdırır və hər dəfə daha az sabun çıxmasını təmin edir. Lakin su ilə seyreltmə daha sadə və effektiv üsuldur, çünki bu zaman mexanizmi deyil, maddənin özünü ehtiyacınıza uyğunlaşdırırsınız.
Eyni məntiqlə aşağıdakı məhsullarda da qənaət edə bilərsiniz:
- Duş gelləri
- Şampunlar (əgər daha yüngül tekstura sizi qane edirsə)
- Qabyuyan mayelər
Daha az sabun istifadə etmək həm də daha az plastik qab almaq və tullantını azaltmaq deməkdir. Bu, təbiətə vurduğunuz yükü azaldan kiçik, lakin mühüm bir addımdır.
Su ilə həddindən artıq ifrata varmayın ki, məhsul tamamilə su halına gəlib təmizləyici strukturunu itirməsin.
Lalə Qüdrətova
Milli.Az





