Tramp: "Ərdoğana hörmət edirəm, Netanyahu da hörmət edir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi 5-ci rəsmi görüşdən sonra mətbuata səmimi və strateji açıqlamalar verib. Görüşün əsas mövzularından biri Türkiyənin Qəzzadakı rolu və bölgədəki hərbi mövcudluğu olub.
Milli.Az xəbər verir ki, jurnalistlərin "Türk əsgərlərinin Qəzzada yerləşdirilməsini gözləyirsinizmi?" sualına Tramp belə cavab verib:
"Prezident Ərdoğanla çox yaxşı münasibətim var və bu mövzunu müzakirə edəcəyik. Əgər uyğundursa, məncə, bu yaxşı bir şeydir. Türkiyə möhtəşəm bir ölkədir və Ərdoğan da mükəmməl bir liderdir."
Tramp Türkiyə lideri ilə olan dostluğunu və ona olan etimadını xüsusi vurğulayıb:
"Prezident Ərdoğan mənim çox yaxın dostumdur, ona hörmət edirəm, Netanyahu da ona hörmət edir."
"Mənim onunla (Ərdoğanla) başqalarının edə bilmədiyi işləri necə bacardığımı gördünüz. Sona qədər Ərdoğanlayam, tamamilə. Eyni zamanda sona qədər Netanyahuylayam. Heç bir problem olmayacaq."
Görüşdə Qəzza ilə bağlı bəzi fikir ayrılıqlarının olduğunu da gizlətməyən Tramp, Həmasa qarşı sərt mesajlar ünvanlayıb:
Silahsızlanma: "Həmasa silahsızlanmaq üçün çox qısa vaxt veriləcək. Əgər qəbul etməsələr, bunun bədəlini ödəyəcəklər."
Fikir ayrılığı: "Çox sayda nəticəyə vardıq, lakin Qəzza mövzusunda Netanyahu ilə baxış bucaqlarımız arasında kiçik bir fərqlilik var."
Bu görüş Trampın Ağ Evdəki ikinci dönəmində Netanyahu ilə keçirdiyi 5-ci zirvə görüşü kimi qeydə alınıb. Görüşün dekabrın əvvəlində baş tutan telefon danışığından sonra, İsrail tərəfinin təşəbbüsü ilə planlaşdırıldığı bildirilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Rusiyanın itkiləri yeniləndi
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
XƏBƏR LENTİ
-
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin





