Xaricdə yeni həyat qurmaq arzusunda olanlar üçün gözlənilən siyahı açıqlanıb. Beynəlxalq ekspertlər tərəfindən hazırlanan indeks həm karyera, həm də həyat standartları baxımından fərqlənən ölkələri sıralayıb. Qiymətləndirmə zamanı maaşların səviyyəsi, iqtisadi sabitlik, təhsil imkanları və iş bazarının vəziyyəti əsas meyarlar kimi götürülüb.
Milli.Az xəbər verir ki, 2025-ci il sıralamasında siyahının birinci pilləsində İsveçrə qərarlaşıb. Ölkə sabit iqtisadiyyatı, yüksək maaş ortalaması və güclü sosial strukturu ilə rəqiblərini geride qoyub.
Səbəblər: İşsizlik səviyyəsinin aşağı olması və ixtisaslı işçi qüvvəsinə yaradılan geniş imkanlar.
Maliyyə, mühəndislik və səhiyyə sektorları xarici mütəxəssislər üçün ən maraqlı sahələrdir.
İkinci yerdə qərarlaşan Sinqapur Asiyanın qlobal biznes mərkəzi statusunu qoruyur. Təhlükəsiz şəhər mühiti, nizam-intizamlı iş mədəniyyəti və beynəlxalq şirkətlərin çoxluğu Sinqapuru karyera yönümlü insanlar üçün cazibə nöqtəsinə çevirir.
Üçüncü pillədə isə ABŞ yer alıb. ABŞ geniş iş həcmi və sahibkarlıq imkanları ilə yüksək xal toplasa da, artan yaşayış xərcləri bəzi kateqoriyalarda onun balını aşağı salıb.
Ekspertlər vurğulayırlar ki, ölkələri siyahıda yuxarı daşıyan əsas amil gəlir potensialıdır. Lakin burada söhbət təkcə maaşın məbləğindən deyil, həm də bu gəlirin davamlılığından və iqtisadi dalğalanmalara qarşı dözümlülükdən gedir. Güclü sosial təminat sistemləri və əlverişli iş şəraiti də seçimə təsir edən əsas faktorlar arasındadır.
Bu indeks təkcə peşəkar işçilər üçün deyil, həm də sərmayə yolu ilə yaşayış icazəsi almaq istəyənlər və investorlar üçün mühüm ipucudur. Xüsusilə texnologiya, maliyyə və beynəlxalq ticarət mərkəzləri 2025-ci ildə də diqqət mərkəzində qalmağa davam edir.
Lalə Qüdrətova
Milli.Az





