İdman

Nəriman Axundzadə də uşaq evinə getdi - FOTO

29 Dekabr 2025 18:16
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə "Qarabağ Ordu" azarkeş klubu ilə birgə "Ümid yeri" uşaq sığınacağını ziyarət edib. 

Milli.Az xəbər verir ki, 21 yaşlı futbolçu bu barədə paylaşım edib.

O, Yeni İl münasibətilə uşaqlarla birgə vaxt keçirib, imzalı forma və hədiyyələr verib. 

Qeyd edək ki, bir müddət öncə eyni addımı "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev də atmışdı. O, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Qarabağ" - "Ayaks"(2:4 ) matçını Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbəri ziyarət edərək digər uşaqlara da hədiyyələr vermişdi.

Sözügedən görüntüləri təqdim edirik: 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.