Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub.
Güclü zərbənin təsirindən avtomobillərdən ikisi yoldan çıxaraq dərəyə aşıb.
Milli.Az





