Buzlu yol zəncirvari qəzaya səbəb oldu - VİDEO

29 Dekabr 2025 20:53

Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub.

Güclü zərbənin təsirindən avtomobillərdən ikisi yoldan çıxaraq dərəyə aşıb.

Milli.Az