Ukrayna Premyer Liqasının 2 təmsilçisi birgə bəyanat yayıb.
Milli.Az xəbər verir ki, "Karpatı" və "Rux" klubu birləşdiklərini elan ediblər. Hər iki klub Lvovu təmsil edir. Hazırda onlar turnir cədvəlində qonşu pillələrdədirlər.
Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Hazırkı mövsümü isə klublar ayrıca başa vuracaqlar.
Klubun əsas bazası "Karpatı"nın heyəti ilə formalaşacaq, "Rux" isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq.
"Çətin dövrümüzdə belə bir məqsəd qeyri-standart hərəkətlər və həllər tələb edir. Məhz buna görə də hər iki klubun təsisçiləri və rəhbərləri "Karpatı" futbol klubunu inkişaf etdirmək üçün güclərini birləşdirməyə qərar veriblər" - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, hazırda "Karpatı" Ukrayna Premyer Liqasında 17 oyundan 24 xalla 6-cı, "Rux" isə 23 xalla 7-ci yeri tutur.
Milli.Az