İdman

Braziliyalı futbolçu "Fənərbağça"da - Qərar verildi - FOTO

20 Dekabr 2024 15:13
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" braziliyalı hücumçu ilə müqavilə imzalayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun "Fənərbağça" klubu 30 yaşlı braziliyalı hücumçu Anderson Taliskanı heyətinə qatıb.

Türkiyənin "Devre" nəşrinin məlumatına görə, Taliska il ərzində 9 milyon avro məvacib alacaq. Bundan əlavə, hər beş qola görə futbolçuya 500 min avro bonus ödəniləcək.

Qeyd edək ki, Anderson Taliska 2021-ci ildən bu günədək Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edirdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.