İdman

Alman məşqçi Mahirdən gözləntisini açıqladı

2 Noyabr 2024 22:30
Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyalı futbol mütəxəssisi Diter Heqqinq (Dieter Hecking) 2-ci Bundesliqada sabah keçiriləcək "Hamburq" - "Nürnberq" matçı ilə bağlı fikirlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu haqda "Bild" qəzetinə danışıb.

Hər iki komandada baş məşqçi kimi fəaliyyət göstərmiş Heqqinq hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Nürnberq"in yaxşı formada olduğunu söyləyib:

"Nürnberq" derbidə "Fyurt" üzərindəki 4:0, "Reqensburq"la matçda isə 8:3 hesablı qələbədən sonra əla formadadır. Bundan başqa komandanın hücum triosu - Cülian Yuştvan, Mahir Emreli və Stefanos Tsimasdan gözləntilər çoxdur. Bu üçlüyü nəzarətə götürmək çətin olacaq".

O, həmkarı Miroslav Klozenin mövsümün əvvəlinə uğursuz başlayan "Nürnberq"də yaxşı işlər gördüyünü də deyib: "Heç şübhəsiz, Miro doğru nəticələr çıxardı. Komandaya təzyiq çox olanda o, geri çəkilmədi. Bu, mənə xoş gəldi".

Qeyd edək ki, 11-ci turun "Hamburq" - "Nürnberq" matçı sabah Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 10 oyundan 18 xalı olan "Hamburq" 5-ci, 16 xala malik "Nürnberq" isə 8-ci yeri tutur.

M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.