Moskvada MMA döyüşçüsü və bloqer Hacı Xanmaqomedov Rusiya paytaxtında "Qafqaz icması" yaratmağı təklif edib. Lakin 24 saat keçməmiş o, polis tərəfindən saxlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
"Qafqaz icmasını yaratmaq ideyamız var. Orada dağstanlılar, çeçenlər, inquşlar - bütün qafqazlılar olacaq və biz bu insanlara kömək edəcəyik. Əgər nəsə olarsa, hər hansı bir münaqişə yaranarsa, sırf dinc yolla birlikdə həll edəcəyik", - deyə döyüşçü öz səhifəsində yerləşdirdiyi videosunda bildirib.
Videoda o, "Rus icması"nın mövcudluğunu da xatırladıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun