Ölkə

Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO

1 İyun 2025 09:57
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və qurban bayramı üçün verilən 4 günlük bayram tətili...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bayram günlərini fürsət bilənlər rayonlara üz tutacaq. Bu da otellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər otellərdə yerlər rezerv olunub.

Quba-Qusar-Xaçmazda 5 ulduzlu otellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif  olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən otellərə də təlabat artıb.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban bayramında vətəndaşlar daha çox Qarabağa  üz tuturlar.

Ekspertlər bildirir ki, bayramdan sonra hotel qiymətlərində ucuzlaşma müşahidə ediləcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.