İdman

"Qarabağ"ın oyununu idarə edən baş hakimə UEFA-dan AĞIR CƏZA

26 Oktyabr 2024 16:19
Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduğuna görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bartoş Frankovski 2022-ci ildə "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.