İdman

Ən yaxşı qapıçı onlardan biri seçiləcək

26 Oktyabr 2024 16:08
Baxış: 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yaxşı qapıçısı adına namizədlər bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS ən yaxşı kişi və ən yaxşı qadın qolkiper adına iddiaçıları açıqlayıb.

Mükafata 20 kişi futbolçu iddia edir. Bunlar Giorgi Mamardaşvili, Dioqo Kosta, Canluici Donnarumma, Qreqor Kobel, Mayk Meiyan, Quqlielmo Vikario, David Raya , Unay Simon, Yan Oblak, Tibo Kurtua, Mark-Andre ter Şteqen, Cordan Pikford, Aleks Remiro, Andrey Lunin , Ederson, Emiliano Martines, Alisson, Luis Malaqon, Andre Onana və Metyu Rayandır.

Qadın qapıçılar arasında ən yaxşı adına 10 namizəd var: Mari İrps, Kristian Endler, Katalina Kol, Alissa Naeher, Natalia Giraldo, Kaylen Şeridan, Enn Katrin Berger, Makenzi Arnold, Lorena Leyte, Çiamaka Nadozi.

Qeyd edək ki, mükafatların sahibləri İFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.