İdman

Kirayə qaldıqları evdə səs-küy salan futbolçular polis tərəfindən saxlanıldı - DİN-dən AÇIQLAMA

4 Oktyabr 2024 14:38
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Liqada mübarizə aparan "Mingəçevir"ın 3 futbolçusunun polis tərəfindən saxlanması haqda dünən məlumat vermişdik.

Bildirmişdik ki, oyunçular Mingəçevir şəhərində yaşadıqları evdən birbaşa idarəyə aparılıb.

Artıq onların kimliyini dəqiqləşdirmişik. Söhbət Muxtar Nəzərli, Xəyal Xudaverdiyev və Mövlan Kərimovdan gedir.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sportinfo.az-a bu məlumatı təsdiqləyiblət.

Verilən açıqlamada bildirilib ki, qeyd olunan şəxslər gecə saatlarında kirayə qaldıqları evdə səs-küy saldıqları üçün qonşular tərəfindən polisə müraciət edilib.

Onların barəsində qanunvericiliyə uyğun tədbir görülərək, sərbəst buraxılıblar. Futbolçuların hər biri cərimə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.