Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
48 yaşlı Meqan Pettipis keçmiş Olimpiya Oyunları və NCAA I Divizionunun voleybol məşqçisidir. ABŞ-ın İndiana ştatında məşhur markerlər şəbəkəsi "Walmart" kassasında baş verən insident onun həyatında böyük dəyişikliklərlə səbəb olub.
Milli.Az sfera.az-a istinadən bildirir ki, həmin vaxt Meqan Pettipisin qarışdığı qalmaqal mediada geniş yayılıb. İdmançı işini itirib və bütün həyatı boyu qurduğu karyerası məhv olub.
İdmançı kassada səhvən bir neçə məhsulu görməyib. O, ehtiyatsızlıqdan 67 ABŞ dolları dəyərində ərzaq məhsullarını kassada (checout-kassirsiz kassa) skan edə bilməyib. Bu, onun oğurluq və marixuana saxlamaq ittihamı ilə həbsinə səbəb olub.
Qeyd edək ki, Meqan 2000-ci il Sidney Olimpiadasında Kanadanı təmsil edib və 2004-cü ildə ehtiyat komandada olub. İdmançı səhvən qulançar və vetçina da daxil olmaqla bir neçə məhsulu gözdən qaçırıb. Lakin digər məhsullar üçün artıq 167 dollar ödəyib.
"Walmart" mühafizəsi ödənilməmiş əşyaları görüb polisə xəbər verib. Araşdırma nəticəsində üç birdəfəlik elektron siqaret və iki açılmamış qutu Zofran, ürəkbulanma əleyhinə dərman aşkar edilib. Pettipis veyplərdə (elektron) nikotin və ya THC olmadığını, dərmanların isə onu özü ilə aparmağı xahiş edən köməkçi məşqçiyə məxsus olduğunu izah edib.
Hadisə bu ilin mart ayında baş verib. Sentyabrın 19-da ittihamlar ləğv edilsə də, Pettipis ciddi peşəkar təsirlərə məruz qalıb. Həbsindən bir həftə keçməmiş o, "Valparaiso Beacons" voleybol komandasının baş məşqçisi vəzifəsindən istefa verib və medianın qara PR-na səbəb olub.
"Beş ay kabus kimi keçdi. Mən karyeramı, işimi, qurduğum həyatı itirdim və bu, həqiqətən də çətin idi".
Pettipisin Miçiqan, Ohayo və Kaliforniyadakı müxtəlif kolleclərdə təhsil aldığı məşqçilik karyerası onu kollec atletikasında hörmətli bir şəxs etsə də, bu hadisə onun reputasiyasında silinməz iz buraxıb. O, hadisəni "acı-şirinli" adlandıraraq, ittihamların götürüldüyündən rahatlaşdığını, lakin karyerasına vurulan zərərə görə təəssüfləndiyini bildirib.
Gələcək barədə isə, o, idmana bəlkə də nə vaxtsa, kollec voleybol hakimi kimi qayıtmağı istisna etmir. Hələlik o, bütün diqqətini ailəsinə yönəltməyi və gələcək barədə düşünməyi planlaşdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
XƏBƏR LENTİ
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək





