İdman

Türkiyə klubunun prezidenti döyüldü - VİDEO

21 Sentyabr 2024 12:09
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 1-ci Liqasında mübarizə aparan "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.

Milli.az offsideplus.az-a istinadən xəbər verir ki, C.Şenin klub prezidentini döydüyü görüntülər üzə çıxıb və xəsarət və təhdid etmə daxil daha 6 cəzası olan klub rəsmisi barədə cinayət işi açılıb. 

Gökhan İnə xəsarət yetirən şübhəli hər yerdə axtarılır. Video görüntüləri çəkən şəxsin əlində silahın olduğu bildirilir. 

Qeyd edək ki, "Sakaryaspor" bu gün Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" ilə üz-üzə gələcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.