İdman

Kenan Yıldızdan ÇL-də 3 rekord

18 Sentyabr 2024 11:05
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız Çempionlar Liqasında yeni rekordlara imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin 1-ci turunda PSV ilə matçda (3:1) nail olub. Kenan sözügedən görüşdə fərqlənib. 

Kenan Yıldız Türkiyənin tarixinə düşüb. 19 yaş 136 günlüyündə olan ÇL-də fərqlənən ən gənc türkiyəli adına yiyələnib. Yıldız Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyub.

Bununla da o, "Yuventus"un heyətində ÇL-də qol vuran ən gənc futbolçu adını qazanıb. Kenan Alessandro Del Pyeronun rekordunu qırıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya"a (Dortmund) 20 yaş 308 günündə qol vurub.

Həmçinin hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.