İdman

UEFA-nın qərarı Azərbaycan klubuna nə qədər qazandıracaq?

4 Sentyabr 2024 00:09
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dinamo" (Minsk) avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belarus təmsilçisi Konfrans Liqasında qonaqlarını Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.

1-ci tur

3 oktyabr

20:45 "Dinamo" - "Harts" (Şotlandiya)

4-cü tur

28 noyabr

21:45 "Dinamo" - "Kopenhagen" (Danimarka)

5-ci tur

12 dekabr

21:45 Dinamo - "Larne" (Şimali İrlandiya)

Siyasi məsələlərə görə, UEFA Belarus klublarının avrokubok görüşlərini öz ölkələrində keçirməsinə icazə vermir.

"Dinamo"nun Sumqayıtdakı oyunları da azarkeşlər üçün bağlıdır. Nominal ev sahibləri buradam istifadəyə görə "Sumqayıt"a ödəmə edəcək.

Amma "kimyaçılar" onları çox da xərcə salmayıb. Belarus tərəfi qarşıdakı 3 matça görə 30 min avro civarında pul verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.