İngiltərə yığmasının və "Bavariya"nın hücumçusu Harri Keyn uşaqlıqda hansı futbolçuları özünə kumir hesab etdiyini açıqlayıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ingiltərəli keçmiş futbolçular Teddi Şerinqem və Devid Bekhemin adını çəkib.
"Uşaqlıqda ən çox sevdiyim oyunçu kim olub? İngiltərəli hücumçu Teddi Şerinqemi bəyənirdim. Sonralar Devid Bekhem mənim kumirim oldu. Uşaqlıqda Bekhemin dediyi hər şeyi edərdim. İndi mən bir çox uşaqlar üçün örnəyəm və onlara nümunə olmağa çalışıram".
Qeyd edək ki, Keyn karyerasının əsas hissəsini (2013-2023) "Tottenhem"də keçirib. 31 yaşlı hücumçu ötən ilin yayında "Bavariya"ya transfer olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun