İdman

Azərbaycanın daha bir idmançısı Paris-2024-də çıxışını yekunlaşdırdı

7 Avqust 2024 00:27
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan çəkicatanı Anna Skidan Paris-2024-də çıxışını başa vurub.

Milli.Az xəbər verir ki, təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə əldə edən Anna medal uğrunda yarışıb. Həlledici mərhələdə 12 idmançı çıxış edib.

Anna əvvəlcə 73.27 metr məsafəyə çəkiç atmaqla 6-cı yeri tutub və finalda mübarizə aparan 8 idmançı arasına düşüb. Finalda isə onun ən yaxşı nəticəsi 73.66 metr olub (6 cəhddə). Bu nəticə ilə milliləşdirilmiş ukraynalı idmançı 7-ci yeri tutub və yarışı medalsız başa vurub.

Bu yarışın qalibi isə Kanada idmançısı Kemrin Rodcers olub. O, 76.97 metr məsafəyə çəkic atmaqla Olimpiya çempionu adını qazanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.