İdman

Güləşçimiz yarımfinalda: rəqibi dördqat Olimpiya çempionudur

5 Avqust 2024 20:13
Baxış: 2 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Şəriəti Qazaxıstan güləşçisi Alimxan Sızdıkova da qalib gələrək (4:0) 1/2 finala yüksəlib.

Yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu Kuba idmançısı, 41 yaşlı Lopez Nunyes olacaq.

****

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan Murad Məmmədov 1/8 finalda Venesueladan olan Rayber Joze Rodriges Oroskonu sınağa çəkib.

M.Məmmədov 5:6 hesabı ilə uduzsa da, rəqibi finala yüksələcəyi təqdirdə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.

Daha əvvəl Sabah Şəriəti (130 kiloqram) adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.