İdman

Paris-2024: Sena çayı çirklidir: üzgüçülük məşqləri ləğv edildi

28 İyul 2024 11:32
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər", - deyə məlumatda bildirilib.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Sena çayının "E.coli" və "enterokokk" bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.