İdman

"DAK 1904"ün baş məşqçisi üzr istədi

26 İyul 2024 09:08
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm".

Milli.Az xəbər verir ki, bu sözləri "DAK 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib. O, darmadağın olmaqlarını belə şərh edib:

"Geridönüş çətin olacaq. Bu gün kifayət qədər şansımız var idi. Amma rəqib daha istəkli, daha sürətli idi. Bu səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyun üçün birlik olmalıyıq. Çətin oyun olacaq. Necə olacağını görəcəyik. Mümkünsüz deyil, ümid var".

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.