İdman

“Hələ heç nə həll olunmayıb” - “Sabah”ın baş məşqçisi

26 İyul 2024 08:50
Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar".

Milli.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa "Makkabi"sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

Böyükhesablı qələbəyə baxmayaraq, o, hələ cütün taleyinin həll olunmadığını bildirib: "Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb". 

Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır: "Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də "Makkabi"ni favorit sayıram". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.