İdman

Dünyanın ən yaxşısı Olimpiadada iştirak etməyəcək

26 İyul 2024 07:01
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın birinci raketkası, italiyalı Jannik Sinner 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından imtina etdiyini açıqlayıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

22 yaşlı tennisçinin imtina etməsinə səbəb zökəm olması, həkimin ona məşqdən çəkinməyi şiddətlə tövsiyə etməsi olub. Sinner Olimpiadanın mövsüm üçün əsas məqsədlərindən biri olduğunu, buna görə də çox məyus olduğunu qeyd edib.

Qeyd edək ki, Sinner 2024-cü ilin iyun ayından etibarən dünyanın bir nömrəsidir. Bu mövsüm o, həlledici görüşdə rusiyalı Daniel Medvedevə qalib gələrək Avstraliya Açıq çempionatının qalibi olub. Ümumilikdə onun Peşəkar Tennis Assosiasiyası turnirlərində 13 qələbəsi var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.