İdman

“Messi Ronaldodan üstündür”

20 İyul 2024 18:53
Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın sabiq müdafiəçisi Paolo Maldini hücumçular Kriştianu Ronaldu və Lionel Messi arasında seçim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Maldini L.Messiyə üstünlük verdiyini deyib:

"Mən Ronaldunu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq "Qızıl top"u qazanıb, lakin mənim fikrimcə, Leo Kriştianudan üstündür. Ronaldu yüksəksəviyyəli oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm".

Lionel Messi karyerası ərzində səkkiz "Qızıl top" qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldu öz növbəsində beş dəfə "Qızıl top"u qazanıb.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Maldini "Milan" klubunun inkişafı üzrə direktor təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsinə keçib. O, 2022-ci ildə "Golden Boy" mükafatının "Ən yaxşı Avropa meneceri" kateqoriyasında qalib olub. 2023-cü ilin iyununda Maldini "Milan"ın texniki direktoru vəzifəsini tərk edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.