İdman

Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu

19 İyul 2024 21:35
Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdman gimnastikası üzrə qadınlardan ibarət  Yaponiya yığmasının kapitanı Seko Miyata milli komandanın davranış kodeksini pozduğuna görə olimpiya yığmasından xaric edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, 19 yaşlı gimnast Monakoda təlim-məşq toplanışı zamanı siqaret çəkərkən yaxalanıb. İdmançı iyulun 17-də baş tutan açıq məşqi buraxıb. Ertəsi gün Miyatanın Olimpiadada iştirak etməyəcəyi və evə göndəriləcəyi açıqlanıb.

Yaponiya qanunlarına görə, yaşı 20-dən aşağı olan insanlara siqaret çəkmək və spirtli içki qəbul etmək qadağandır. Oxşar qaydalar, əgər milli komanda Yaponiyadan kənarda yerləşirsə, ona da şamil edilir.

Miyata 2022-ci il Dünya Çempionatında debütündə bürünc qazanıb. Həmin il Asiya çempionatında o, tullanma və döşəmə hərəkətlərində gümüş, komanda hesabında isə bürünc medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.