İdman

Azərbaycanlı boksçuya ömürlük cəza verildi - FOTO

5 İyul 2024 10:57
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Boks Federasiyası azərbaycanlı boksçu Cavid Rzayevi ömürlük idmandan uzaqlaşdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun "Hardkor" təşkilatının turnirində qalmaqal yaratmasıdır. 

Belə ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdiyi görüşdən sonra digər boksçu Artur Kulinskini "rus donuzu" adlandıraraq təhqir etmişdi. Ardınca Rzayev dava salmaq istəsə də, aparıcı tərəfindən dayandırılmışdı.

Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluqdan azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılmasını tələb etmişdi. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.