İdman

Corcinadan sevgilisi Ronaldo ilə bağlı PAYLAŞIM – FOTO

5 İyul 2024 09:40
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolunun ulduz oyunçusu Kriştiano Ronaldonun səkkiz ildir birlikdə olduğu sevgilisi Corcina Rodriqes onunla və uşaqları ilə çəkilən yeni fotolarını nümayiş etdirib. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, fotolarda karyerasında sonuncu Avropa çempionatı "Avro 2024"ün müzakirə dolu fonunda 39 yaşlı Ronaldonun ev halı əks olunub. 

Kriştianodan fərqli olaraq 30 yaşlı Corcina hər zaman olduğu kimi makiyajlı və bəzək-düzəkli formada olub.

Bir neçə gün əvvəl isə Corcina yüz minlərlə pərəstişkarı ilə birlikdə stadionda sevgilisini alqışlamaq üçün Almaniyaya gedib. 

Xatırladaq ki, 1/8 final matçı Ronaldo üçün çox emosional olub. Beləki o, penaltini vura bilməyib, buna görə də meydanda göz yaşlarını saxlaya bilməyib. O bu penalti ilə uğursuzluğa düçar olsa da, Portuqaliya 3:0 hesabı ilə qalib gələ bilib və irəliləyiblər. 

Qeyd edək ki, Corcina Rodriqez və Kriştiano Ronaldo 2016-cı ildən görüşür. Onlar birlikdə beş uşaq böyüdürlər - ikisi ümumi və üçü Ronaldonun Rodriqes ilə münasibəti başlamazdan əvvəl dünyaya gəlib. 2022-ci ildə cütlük əkizlər - bir oğlan və bir qız dünyaya gətirib, lakin oğlan doğuş zamanı ölüb. Cütlük uzun müddətdir ki, rəsmi nikahda deyil, lakin onlar nişanlıdırlar və evlənməyi planlaşdırırlar. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.