İdman

Çinli badmintonçu yarış zamanı öldü

1 İyul 2024 16:24
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli badmintonçu yarış zamanı dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, faciəvi hadisə İndoneziyada yeniyetmələr arasında təşkil olunan turnirdə baş verib.

Millinin 17 yaşlı üzvü Çjan Çjitsze yaponiyalı Kazuma Kavano ilə matçda kortda huşsuz vəziyyətdə yerə yıxılıb.

Həkim briqadası idmançıya ilkin tibbi yardım göstərərək, onu təcili yardım maşını ilə xəstəxanaya göndərib. Lakin yeniyetmə badmintonçunun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.