İdman

"Mənim üçün Avro-2024-ün qalibi bizik" - Villi Sanyol

30 İyun 2024 07:38
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün 1/8 finalında İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis rəqibin güclü tərəflərinndən danışıb: 

"Məncə, çətinliklər olmadan böyük uğurlar əldə edə bilməzsiniz. Bu, bizim yolumuzun bir parçasıdır. İspaniya komandasını çox yaxşı tanıyırıq. Son 3 ildə onlarla 4 dəfə qarşılaşmışıq. Bu 4 oyunun hamısında uduzmuşuq, amma sabahkı matç fərqlidir. İspaniyaya qarşı oynayanda hər mövqedə təhlükə ilə üzləşə bilərsiniz. Onların bütün futbolçuları çox istedadlıdırlar və yüksək səviyyəli çempionatlarda oynayırlar. Futbolçularımın son 3 həftədə etdiklərinə görə çox xoşbəxtəm. Sabah xüsusi bir oyuna çıxacağıq. Məncə, bu görüşü böyük inamla keçirəcəyik. Çünki itirəcək heç nəyimiz yoxdur. Mənim üçün onsuz da Avro-2024-ün qalibiyik. Təkrar meydanda olacağım və böyük bir stadionda Gürcüstan himnini eşidəcəyim üçün çox xoşbəxtəm". 

Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Gürcüstan görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.